SON XƏBƏRLƏR

Obamanın başına pul qoyan müsəlman lord cəzalandırıldı

2021.10.20, 07:36
Obamanın başına pul qoyan müsəlman lord cəzalandırıldı

Gunaz.tv

Obamanın başına pul qoyan müsəlman lord cəzalandırıldı

GünazTV: ABŞ prezidenti Barak Obama və sabiq prezident Corc Buşun yaxalanması üçün 15 milyon dollar mükafat qoyduğunu bəyan edən lord Nazir Əhməd Böyük Britaniyanın Leyborist Partiyasının üzvlüyündən çıxarılıb.

partiya Nəzir Əhmədin aprelin 13-də Pakistanın Xaripur şəhərində verdiyi və Pakistan KİV-ləri tərəfindən yayımlanan bəyanatınının araşdırıldığı dövr üçün belə qərar verib. Qeyd edək ki, 53 yaşlı Nəzir Əhməd 1998-ci ildə Böyük Britaniya Lordlar Palatasının ilk müsəlman üzvü olub. Pakistan KİV-ləri Nəzir Əhmədin Xaripur şəhərində olarkən fəaliyyəti qadağan edilmiş Laşkar-e Taib radikal islamçı qruplaşmasının yaradıcısı və lideri Hafiz Məhəmməd Səid ilə həmrəylik nümayiş etdirdiyi barədə məlumat yayıb.

 ABŞ keçən ay Hafiz Məhəmməd Səidin başı üçün 10 milyon dollar mükafat qoyduğunu açıqlayıb. Nazir Əhməd ABŞ-ın Məhəmməd Səidlə bağlı mükafat təklifini bütün müsəlmanlar üçün təhqir sayıb: “Əgər ABŞ Hafiz Məhəmməd Səidin oğurlanması üçün 10 milyon dollar mükafat ayırıbsa, mən Barak Obama və Corc Buş üçün 15 milyon dollar mükafat ayırıram. Bu məbləği toplamaq üçün öz səhmlərimi satmaq da daxil olmaqla, hər şey edəcəm”.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar