SON XƏBƏRLƏR

Dünyadakı türk diasporları bir araya gələcək

2021.10.20, 07:36
Dünyadakı türk diasporları bir araya gələcək

Gunaz.tv

GünAz TV: Ankara qondarma "erməni soyqırımı" haqqında iddialara qarşı mübarizə aparmaq üçün bütün dünyadakı türk diasporlarını birləşdirmək niyyətindədir.

Türkiyənin bu addımı 2015-ci ildə keçirilməsi planlaşdırılan qondarma "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuş irimiqyaslı aksiyalara qarşı yönəldilib. Bu yalana qarşı mübarizə çərçivəsində sentyabrın (September) 15-də Türkiyə və Azərbaycan diasporları beynəlxalq konfransa toplaşacaqlar.

Türkiyə kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Konfransda Türkiyənin və Azərbaycanın minə yaxın siyasətçisinin, ictimai xadiminin, alimlərin, millət vəkillərinin, eləcə də bir çox ölkələrdən ədəbiyyat və incəsənət nümayəndələrinin iştirakı planlaşdırılıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar