SON XƏBƏRLƏR

Vaşinqton İranı yeni sanksiyalarla hədələyib

2021.10.20, 07:36
Vaşinqton İranı yeni sanksiyalarla hədələyib

Gunaz.tv

GünAz TV: İranla Altılıq ölkələri arasındakı nüvə proqramı üzrə başlayan danışıqlar əhəmiyyətli nəticələr verməsə, Tehrana qarşı yeni sanksiyalar (təhrim)  tətbiq olunacaq.

Belə bir bəyanatla ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama çıxış edib. 

Ağ ev rəhbəri  bildirib ki, məsələnin diplomatik yolla həll üçün hələ ki zaman var. Amma zaman getdikcə tükənir və İran gec olmadan bu fürsətdən istifadə etməlidir. Rəsmi Tehran isə altılılıq  ölkələri ilə  görüşə müsbət yanaşır. İranın xarici işlər naziri Əli Əkbər Salehi İstanbulda keçirilən görüşdə ölkəsi ilə beynəlxalq vasitəçilərin  qarşılıqlı anlaşmaya  gəldiklərini deyib. Əli Əkbər Salehi  vurğulayıb ki, Qərb İranın təzyiqlərdən asılı olmayaraq öz nüvə fəaliyyətini  davam etidərəcəyini anlayıb. O, ölkəsinin  nüvə silahının yayılmasına qarşı olduğunu qeyd edib. İranlı nazir  ABŞ-la dialoqa başlamaq məsləsinə də toxunub. Əli Əkbər Salehi bildirib ki, birləşmiş ştatlarla danışıqların aparılmasına qərar vermək qərarı ölkənin ali  dini liderinin  səlahiyyətlərinə  aiddir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar