SON XƏBƏRLƏR

Suriyada toqquşmalar davam edir, Dəməşqdə güclü partlayış olub

2021.10.20, 07:36
Suriyada toqquşmalar davam edir, Dəməşqdə güclü partlayış olub

Gunaz.tv

GünAz TV: Suriyada aprelin 12-də qüvvəyə minən atəşkəs rəsmən davam etsə də, toqquşmalar və partlayışların arası kəsilmir.

 Bu gün sabah saatlarında Dəməşqdə güclü partlayış olub. Kabun məhəlləsindəki partlayışın səsinin bütün şəhərdə eşidildiyi bildirilib. Partlayışın səbəbilə bağlı hələlik heç bir açıqlama verilməyib.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə,  Suriya ordusunun Xumsu tank atəşi altında saxladığı və geri çəkilmədiyi qeyd edilir. Müxalifət Xumsda həbslərin həyata keçirildiyini və 3 nəfərin öldüyünü bəyan edib.

 Suriya rejimi isə müxalifəti atəşkəsi pozmaqda ittiham edib. Səna Agentliyi müxalifətin İdlib və Derada iki təhlükəsizlik xidməti əməkdaşını, Xamada isə 2 dinc vətəndaşı öldürdüyünü iddia edib.

 BMT (Birləşmiş Millətlər Təşkilatı) isə 6 nəfərlik ilkin müşahidə missiyasını Dəməqə göndərib. Müşahidəçilərin sayı mərhələli olaraq 250-yə çıxarılacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar