SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Abdullah Zarei barəsində hökm çıxarıldı

2021.10.20, 07:36
Azərbaycanlı fəal Abdullah Zarei barəsində hökm çıxarıldı

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Abdullah Zarei Məhkəmə tərəfindən cərimə ödəməyə məhkum edilib.

 

Məlumata görə, azərbaycanlı fəal 500000 tümən cərimə ödəməlidir.

 

Qeyd edək ki, Zarei “Traxtur-Damaş” müsabiqəsi zamanı stadiona (stadyom) daxil olarkən ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və heç bir suç işləmədiyi üçün stadionun şüşələrini qırmaqda ittiham edilmişdir. Halbuki, stadionda şüşə olmayıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2010-cu il aprelin 2-i (1389-cu il fərvərdinin 13-ü) təbiət günü (sizdeh bedər) mərasimlərində tutuqlanıb və sonra bəraət qazanmışdır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar