SON XƏBƏRLƏR

Rəsmi Dəməşq BMT müşahidəçilərinin Suriyaya gəlişini dəstəkləyir

2021.10.20, 07:36
Rəsmi Dəməşq BMT müşahidəçilərinin Suriyaya gəlişini dəstəkləyir

Gunaz.tv

Rəsmi Dəməşq BMT müşahidəçilərinin Suriyaya gəlişini dəstəkləyirGünazTV: Suriya BMT müşahidəçilərinin ölkəyə gəlişini alqışlayıb. Müşahidəçilərin qarşısında duran əsas məsələ atəşkəsə nəzarət etməkdən ibarətdir, prezident Bəşər Əsədin mətbuat ilə əlaqələr üzrə müşaviri Butayna Şaaban BBC-ə deyib.

BMT xüsusi elçisi Kofi Annanın nümayəndəsi Əhməd Fozinin məlumatına görə, BMT müşahidəşilərinin 5-6 nəfərdən ibarət ilk qrupu Suriyaya bazar günü axşam gəlməlidir, onların yerləşdirilməsi mərhələsi isə bazar ertəsi gününə təyin olunub.Bu arada məlumatlara görə, üsyançılar ilə hökümət qoşunları arasında döyüşlər davam etməkdədir.

Hökümət döyüşlərin davam etdirilməsinə görə məsuliyyəti, rəsmilərin dedikləri kimiterrorçu qrupların üzərinə qoyurlar.Ötən gün BMT Təhlükəsizik Şurası Suriyaya müşahidəçilərin göndərilməsini nəzərdə tutan mühüm qətnaməni yekdilliklə dəstəkləmişdi.Qətnamə layihəsi Suriyada atəşkəsə nəzarət edəcək müşahidəçilərin yerləşdirilməsini nəzərdə tutur.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar