SON XƏBƏRLƏR

İsraildən İstanbul Müzakirələrinə Tənqid

2021.10.20, 07:36
İsraildən İstanbul Müzakirələrinə Tənqid

Gunaz.tv

İsraildən İstanbul Müzakirələrinə Tənqid

GünazTV:İsrail, nüvə görüşmələrə 23 Maya qədər ara verilməsini tənqid etdi.

İsrail Baş naziri Binyamin Netanyahu, 5+1 ölkələrinin İstanbulda edilən nüvə müzakirələr əsnasında İrana ''hədiyyə'' verdiklərini söylədi.

Görüşmələrə 23 Maya qədər ara verilməsini tənqid edən Netanyahu, bu qərarın İrana uran zənginləşdirmə işlərinə heç bir məhdudlaşdırma olmadan 5 həftə daha davam etməsi imkanı təmin etdiyini qarşıya qoydu.

Netanyahu, İranın nüvə proqramının bir an əvvəl dayandırılması lazım olduğunu söylədi.ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyadan üst səviyyə səlahiyyətlilər, İranın nüvə proqramı görüşmək üzrə İranlı səlahiyyətlilərlə İstanbulda bir araya gəlmişdi.

Tərəflər, müsbət keçən görüşmələrin ardından 23 Mayda İraqın paytaxtı Bağdadda təkrar toplanmağı qərarlaşdırmışdı.

S.B 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar