SON XƏBƏRLƏR

Avropa Birliyi təmsilçisi: İranla müzakirələr müsbət atmosferdə başlayıb

2021.10.20, 07:36
Avropa Birliyi təmsilçisi: İranla müzakirələr müsbət atmosferdə başlayıb

Gunaz.tv

Avropa Birliyi təmsilçisi: “İranla müzakirələr müsbət atmosferdə başlayıb”

GünazTV: İranın nüvə proqramı ilə bağlı İstanbulda keçirilən müzakirələr zamanı mətbuata açıqlama verən Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Ketrin Eştonun mətbuat katibi Maykl Mann müzakirələrin müsbət atmosferdə başladığını bildirib.

 M. Mann müzakirələrin eyni ruhda davam edəcəyinə və bu toplantıda irəliyə doğru addım atılacağına ümid etdiklərini deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səlçuk Ünal : toplantının ev sahibi kimi dünən həm İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili, həm də “altılıq” ölkələri nümayəndə heyətinin başçısı Ketrin Eşton ilə görüşdüklərini xatırladaraq, müzakirələrdən müsbət nəticə əldə edilməsini arzuladıqlarını söyləyib: “Keçən ilin yanvarında İstanbulda keçirilmiş toplantının bizim nöqteyi-nəzərimizdən iki mühüm nəticəsi olmuşdu: Birincisi, İran müzakirələrin davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdi; ikincisi isə Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İranın görüşü keçirilmişdi. Bizim İrana qarşı təkbaşına sanksiyalar tətbiq etmək və ya kimlərinsə istəyi ilə sanksiyalara qoşulmağımızdan söhbət gedə bilməz. Biz bununla bağlı bütün addımlarımızı BMT-nin müvafiq qətnaməsi əsasında atırıq, bundan başqa heç bir şüy düşünülə bilməz”.Qeyd edək ki, İstanbulda bu gün yerli vaxtla saat 11-də başlayan danışıqlar hazırda davam edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar