SON XƏBƏRLƏR

İranın Suriyaya silah göndərdiyi gəmi saxlanıb

2021.10.20, 07:36
İranın Suriyaya silah göndərdiyi gəmi saxlanıb

Gunaz.tv

İranın Suriyaya silah göndərdiyi gəmi saxlanıb

GünazTV: Aprelin 13-də günorta saatlarında Almaniya bayrağı ilə üzən “Atlantic Cruiser” gəmisi Suriyanın Tartus limanından 80 kilometr uzaqlıqda dayandırılıb. 

“Atlantic Cruiser” Tartus limanına üzdüyü zaman günorta saatlarında Suriya rəsmilərindən xəbərdarlıq alıb. Suriyalı rəsmilər gəminin silah daşıdığının öyrənildiyini bildirərək istiqamətini dəyişməsini istəyiblər. “Atlantic Cruiser” bundan sonra İskəndərun limanına doğru yönəlib. Lakin olayın üzə çıxmasından sonra gəmi Tartus limanından 80 kilometr uzaqda dayandırılıb. 

 Almaniya bayrağı altında üzən “Atlantic Cruiser” gəmisi bir neçə gün əvvəl Cibuti limanında İrana məxsus bir gəmidən yük götürərək Suriyanın Tartus limanına doğru yola çıxıb.

Gəminin silah daşıdığının üzə çıxmasından sonra “Atlantic Cruiser” gəminin sahibi olan Almaniyanın “C.E.G Bulk Chartering” şirkətinin təmsilçisi Tosten Lüddeke jurnala açıqlamasında deyib ki, silah daşındığı xəbəri onlara çatan kimi dərhal gəmini dayandırıblar.

Tosten Lüddeke bildirib ki, “Atlantic Cruiser” gəmisini Ukraynanın Odessa şəhərində qeydiyyatda olan “White Wale Shipping” şirkətinə icarəyə veriblər: “Bizə gəmiyə nasos və bu kimi əşyalar yükləndiyi bildirilmişdi”. 

“White Wale Shipping” şirkəti isə gəminin Suriyanın Tartus limanına getdiyini, ancaq gəmidə silah yükü olmadığını iddia edib. Qeyd edək ki, Avropa Birliyi və ABŞ Suriyaya silah embarqosu tətbiq edib.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar