SON XƏBƏRLƏR

Vaşinqton-Moskva danışaqları baş tutmadı

2021.10.20, 07:36
Vaşinqton-Moskva danışaqları baş tutmadı

Gunaz.tv

GünAz TV: Supergüclər raketdənmüdafiə sistemləri məsələsində anlaşa bilmir.

Rusiya və ABŞ (Amerika Birləşmiş Ştatları) raket hücumundan müdafiə məsələsi üzrə razılığa gələ bilmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonla keçirdiyi görüşdən sonra bu bəyanatla çıxış edib. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər yayıb.

Bununla yanaşı, S. Lavrov deyib ki, tərəflər ekspertlər (karşünaslar) səviyyəsində işi davam etdirmək qərarına gəliblər: “Biz mövqeyimizin tam nəzərə alınmasına çalışacağıq. Biz amerikalı həmkarlarımıza onların planlarında hansı riskləri gördüyümüzü izah etdik və hesab edirik ki, bu sistemin Rusiyaya təhlükə törətməməsi üçün imkanlar araşdırılıb tapılacaq. Bu sistem qlobal miqyasda strateji sabitlik üçün risklər yaratmamalıdır”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar