SON XƏBƏRLƏR

Bu gün İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılacaq

2021.10.20, 07:36
Bu gün İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılacaq

Gunaz.tv

GünAz TV: Bu gün İstanbulda BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasınıvn beş daimi üzvü və Almaniyanın nümayəndələri İran rəsmiləri ilə bu ölkənin nüvə proqramı ilə bağlı müzakirələr aparacaqlar.

 İlk belə görüş təxminən 1,5 il əvvəl keçirilmişdi.

 Müşahidəsilərin fikrincə, İran görüşdə gözlənilməz təkliflərlə çıxış edə bilər. Baxmayaraq ki, rəsmi Tehran nüvə proqramından imtina etməyəcəyini dəfələrlə bəyan edib.

 ABŞ-ın (Amerika Birləşmiş Ştatları)  dövlət katibi Hillari Klinton bir müddət əvvəl bildirmişdi ki, İranın yeni təşəbbüslərlə çıxış edə biləcəyi ilə bağlı “siqnal”lar var.

 İranın nüvə proqramı ətrafındakı vəziyyət ötən payızdan daha da gərginləşib. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həmin vaxt bəyan etdi ki, bu proqram təkcə dinc mahiyyət daşımır. Rəsmi Tehran isə nüvə silahına malik olmağa can atmadığını bildirir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar