SON XƏBƏRLƏR

Birləşmiş Millətlər Təşkilatı Quzey Koreyanı cəzalandıra bilər

2021.10.20, 07:36
Birləşmiş Millətlər Təşkilatı Quzey Koreyanı cəzalandıra bilər

Gunaz.tv

GünAz TV: Təhlükəsizlik Şurasında bununla bağlı bəzi məsləhətləşmələr aparılıb.

BMT-in (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının prezidenti Syuzan Rays Quzey Koreyanın kosmosa (uzay, fəza) raket buraxmaq təşəbbüsünü qınayıb. Məsələ ilə bağlı mətbuat konfransında çıxış edən Rays bildirib ki, Təhlükəsizlik Şurasında bununla bağlı bəzi məsləhətləşmələr aparılıb. Onun sözlərinə görə, şura üzvləri Koreya rəhbərliyinin bu addımını təəssüflə qarşılayıb və rəhbərliyin bu hərəkətini yekdilliklə tənqidi ediblər.

 "Bu Təhlükəsizlik Şurasının 1718 və 1874 saylı qətnamələrinə ziddir və kobud şəkildə qanunların pozulmasıdır. ABŞ-ın (Amerika Birləşmiş Ştatları) bu məsələ ilə bağlı mövqeyi kifayət qədər aydındır. Biz raketin buraxılmasını şiddətlə qınayarıq. Fikrimizcə, şuranın buna yetərli cavab verməsi vacibdir və biz bu yöndə işlərimizi davam etdirəcəyik", - deyə Syuzan Rays bildirib.

 Qeyd edək ki, ötən gün Koreya rəhbərliyinin mübahisələrə səbəb olan kosmosa raket buraxmaq cəhdi uğursuz alınmışdı. Raket Sarı dənizin üzərində parçalanaraq dağılmışdı.

 Həmçinin, nəzərinizə çatdıraq ki, bu Quzey Koreyanın ilk belə cəhdi deyil. Belə ki, ölkə rəhbərliyi artıq iki dəfə - 2006 və 2009-cu illərdə belə bir layihəni reallaşdırıb. Bu isə öz növbəsində qarşı tərəflərin bu ölkəyə sanksiya (təhrim) tədbiq etməsi ilə nətcilənib. Ans press

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar