SON XƏBƏRLƏR

“Traxtur-Fulad” müsabiqəsi hansı hadisələrlə yadda qaldı?

2021.10.20, 07:36
“Traxtur-Fulad” müsabiqəsi hansı hadisələrlə yadda qaldı?

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur”la Xuzistanın Fulad takımları (timləri) arasında müsabiqə keçirildi.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 30-cu həftəsində keçirilən müsabiqə (2 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

 

Qollar Siyavuş Əkbərpur və Flavyu Lupez tərəfindən vurulub.

 

Məlumata görə, müsabiqəni təxminən 40000 nəfər tamaşaçı izləyib. Stadionda olduqca həyəcanlı anlar yaşanıb.

 

“Traxtur” tərəfdarları keçmişdəki kimi yenədə gur səslə milli şüarlar səsləndiriblər. Onlar, “Yaşasın Azərbaycan”, “Türklərin iftixari – Traxtur Traxtur”, “Traxturu el istər – Şərəfli millət istər” və ... kimi şüarlarla çıxış ediblər.

 

Həmçinin Təbrizin futbol heyətindən cana doyan tamaşaçılar, onun əleyhinə də şüarlar səsləndiriblər. Onlar, “Bizim Blet pullarımız – Traxturundur” şüarı ilə futbol heyətinə öz yerinə göstəriblər.

 

“Traxtur” tərəfdarları daim “Traxtur” əleyhinə çıxış edən 3-cü kanalın aparıcısına “Bişəfər, bişüur – Adil Ferdusipur” şüarı ilə reaksiya veriblər.

 

Müsabiqə sona çatandan sonra soydaşlarımız Təbrizin müxtəlif məhəllələri o cümlədən Elgölü, Vəliəsr, Abrəsan və ... kimi yerlərdə şənlik ediblər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar