SON XƏBƏRLƏR

ABŞ qırıcı təyyarələri havaya qalxdı, Əhmədinejad meydan oxudu

2021.10.20, 07:36
ABŞ qırıcı təyyarələri havaya qalxdı, Əhmədinejad meydan oxudu

Gunaz.tv

ABŞ qırıcı təyyarələri havaya qalxdı, Əhmədinejad meydan oxudu...

GünazTV: İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik böhran yaranıb.  Buna səbəb İran prezidenti Mahmud Əhmədinejadın Hörmüz boğazının girişində yerləşən Ebu Musa adasını ziyarət etməsi olub. İran Əbu Musa adasını 1971-ci ildə zəbt edib. Bu 1971-ci ildən sonra ilk dəfə İran prezidenti səviyyəsində adaya səfər olub. Bu da BƏƏ hakimiyyətini hövsələdən çıxarıb. BƏƏ bu adanın ona məxsus olduğunu, Tehran isə adanın keçmişdə də İranın bir parçası olduğunu bəyan edir.

BƏƏ bu olaydan sonra Tehrandakı səfirini geri çağırıb. BƏƏ xarici işlər naziri Şeyx Abdullah Zayed əl Nahayan İran prezidentinin adaya səfərini ölkəsinin müstəqilliyini pozmağa yönəlmiş bir addım kimi dəyərləndirib. BƏƏ xarici işlər naziri bildirib ki, bu səfər İranın işğalı altındakı Ebu Musa, Büyük Tunb və Küçük Tunb adaları ilə bağlı problemin danışıqlar yolu ilə həllini tapması yönündə səyləri iflasa uğradıb. Mahmud Əhmədinejad da ölkə adını çəkmədən deyib ki, bəzi çevrələrin bu adalarla bağlı iddiaları Tehranı narahat etmir. Xatırladaq ki, Mahmud Əhmədinejadın səfərindən əvvəl - aprelin 8-də ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyn qırıcı təyyarələrinin iştirakı ilə Hörmüz boğazında geniş miqyaslı təlim başlayıb. Əl-Ərəbiyə qəzeti bu təlimin İranın strateji önəmə malik Hörmüz boğazını bağlayacağı halda ABŞ-la müttəfiqlərinin atacağı hərbi addımlarla əlaqədar hazırlıq məqsədi daşıyır. Təlimlər aprelin 14-ə qədər davam edəcək. Eni 39 kilometr olan Hörmüz boğazı Fars və Ərəbistan dənizini bir-birinə bağlayır və bölgədə neft ixrac edən ölkələrin dünyaya açılan qapısıdır. Keçən il boğazdan hər gün orta hesabla 17 milyon barel neft daşınıb.

Bu strateji boğazda coğrafi mövqeyi ilə əlaqədar İranın üstünlükləri var. Tehran bölgəyə gəmilərə qarşı raket sistemləri, yüksək manevr qabiliyyətinə malik hücum qayıqları yerləşdirərək bu üstünlüyü artırıb. Bu da dünya neft ticarətinin şah damarının İranın əlinin altında olması deməkdir. İran ona hücum ediləcəyi, yaxud neft embarqosu ilə üzləşəcəyi halda dünyanı bu boğazı bağlayacağı ilə hədələyir.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar