SON XƏBƏRLƏR

Klintondan növbəti xəbardarlıq: “Müzakirələr İran üçün bir fürsətdir“

2021.10.20, 07:36
Klintondan növbəti xəbardarlıq: “Müzakirələr İran üçün bir fürsətdir“

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton İranın İstanbulda 5+1 ölkələri ilə aparılacaq müzakirələrə şərtlərlə gələcəyi ilə bağlı məlumatlar aldıqlarını söyləyib.

 

Klinton G-8 ölkələri xarici işlər nazirləri toplantısından sonra jurnalistlərə verdiyi açıqlamada İranın 5+1 ölkələri ilə aparılacaq müzakirənin toplantıda gündəmə gəldiyini deyib. Bu barədə Publika.Az, Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 

Bu müzakirələrin müsbət nəticələr verən atmosferi yaradacağına ümid etdiklərini vurğulayan dövlət katibi müzakirələrin İran baxımından bir fürsət olduğunu qeyd edib.

 

Klinton İranın nüvə silahı arzusundan həqiqi mənada əl çəkdiyini öz əməli ilə göstərməsinin vacibliyini bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar