SON XƏBƏRLƏR

Şimali Koreyanın cəhdi uğursuz oldu, raket havada partladı

2021.10.20, 07:36
Şimali Koreyanın cəhdi uğursuz oldu, raket havada partladı

Gunaz.tv

GünAz TV: Şimali Koreyanın fəzaya göndərdiyi raketin uçuşu uğursuz olub. Raket atmosferdən çıxa bilməyib.

 Cənubi Koreyanın verdiyi məlumata görə, raket yerli vaxtla 07. 39-da fəzaya buraxılıb. Startdan bir neçə dəqiqə sonra isə peyk daşıyıcısı olan raket havada partlayıb, qalıqları isə Sarı dənizə düşüb. Bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

 Qərb bundan əvvəl Şimali Koreyanı fəzaya raket göndərməməyə çağırırdı. Bildirirdi ki, əslində bu nüvə başlığı olan ballistik raketdir. Pxenyan isə raketi elmi məqsədlər üçün fəzaya göndərəcəyini bildirirdi. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar