SON XƏBƏRLƏR

İran növbəti dəfə əzələ göstərəcək

2021.10.20, 07:36
İran növbəti dəfə əzələ göstərəcək

Gunaz.tv

GünAz TV: İran ordusu və İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ilk dəfə birgə böyük miqyaslı hərbi təlimlər keçirəcək.

 

İranla “altılıq” ölkələrinin nüvə danışıqlarının İstanbul görüşünə bir neçə gün qalmış Tehran rejimi dünyaya meydan oxuyacaq həmləyə əl atıb. İran irimiqyaslı hərbi təlimlərə başladığını açıqlayıb. Ordu və “Sepah” ilk dəfə olaraq, birgə böyük miqyaslı hərbi təlimlər keçirəcək. Quru qoşunlarının komandanı (fərmandehi), general Əhmədrza Purdəstan bildirib ki, ölkənin bir neçə bölgəsində 8 müxtəlif hərbi təlim keçiriləcək.

 

Ölkə parlamenti İstanbul müzakirələri öncəsi bəyanat yayaraq “altılıq” dövlətlərini İran həqiqətlərini qəbul etməyə çağırıb. 204 millət vəkilinin imzaladığı bəyanat müzakirələrdə İranı təmsil edəcək nümayəndə heyətini dəstəkləmək məqsədilə hazırlanıb. Sənəddə qeyd olunub ki, İranın nüvə enerjisindən istifadə haqqı inkar edilə bilməz. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar