SON XƏBƏRLƏR

Vaşinqton: «Dəməşq qoşunlarını şəhərlərdən çıxarmalıdır»

2021.10.20, 07:36
Vaşinqton: «Dəməşq qoşunlarını şəhərlərdən çıxarmalıdır»

Gunaz.tv

GünAz TV: Rəsmi Vaşinqton Dəməşqin hərbi əməliyyatlara son qoyaraq qoşunlarını şəhərlərdən çıxarmasını tələb edir.

 

ABŞ-ın BMT (Birləşmiş Millətlər Təşkilatı) yanında daimi nümayəndəsi Süzan Rays Suriya qoşunlarının atəşi dayandırması BMT xüsusi nümayəndəsi Kofi Annanın 6 maddədən ibarət planının həyata keçirilməsi sayıla bilməz və Suriya ordusu şəhərlərdən çıxmalıdır.

 

Rays qeyd edib ki, «ilk növbədə müxalifət yox, Suriya rejimi öz öhdəliklərinə tam əməl etməlidir».

 

Onun sözlərinə görə, Dəməşq öz öhdəliklərinə əməl etməyərək qoşunları şəhərlərdən çıxarmayıb və hökumətin atəşi dayandırmaq barədə vədlərinə inanmaq olmaz. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar