SON XƏBƏRLƏR

Ərdoğan Hakan Fidanı tam dəstəklədi

2021.10.20, 07:36
Ərdoğan Hakan Fidanı tam dəstəklədi

Gunaz.tv

GünAz TV: Baş nazir Rəcəb Tayyib Ərdoğan Çində jurnalistlərə maraqlı açıqlamalar verib. O açıqlamalar jurnalistlər arasındakı centlmen razılaşmasına görə bu gün bütün qəzetlərdə eyni vaxtda dərc olunub.

 Qəzetlərin yazdığına görə, Ərdoğanın Suriya hadisələrindən başqa verdiyi ən mühüm açıqlama Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla bağlı olub. Ərdoğan Hakan Fidanla bağlı "O, mənim sirr küpümdür" deyib: "MİT məsələsinə səssiz qalmaq mümkün deyil. MİT mənim sirr küpümdür. Türkiyə dövlətinin, Türkiyənin gələcəyinin sirr küpüdür. Beynəlxalq sahədə bu vəzifəni yerinə yetirənlər casus adlandırılır. Onlar əməliyyata dövlət adından gedirlər. ABŞ (Amerika Birləşmiş Ştatları), Rusiya, Çin, Qərb ölkələri - bunların hamısında bu var. Hakan Fidanı İmralıya göndərən də mənəm, Osloya göndərən də mənəm. Çünki ortada bir problem var. Terror məsələsini həll etməliyik, bunun üçün də fikir mübadiləsi olmalıdır".

 GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Ərdoğan qəzetlərdə Hakan Fidanın adından çıxan açıqlamaların heç birinin doğru olmadığını deyib: "Danışıqlar, müzakirələr olub, amma əsla yazılı söz verilməyib. Bunu söyləyənlər siyasi qazanc əldə etmək istəyənlərdir".

 Baş nazir MİT rəhbərinin səylərindən çox məmnun olduğunu vurğulayıb: "İstər bu vəzifədən əvvəl, istər sonra və indi ölkəmə çox şeylər qazandırıb. Baş nazirlik aparatının rəhbər müavini və TİKA rəhbəri olduğu zaman da çox yaxşıydı. Yaxşı yetişmiş bir bürokratdır. Biz insan qiymə maşını deyilik. Bu insan təqdir edilməlidir, halbuki ana müxalifət partiyası başda olmaqla bəzi müxaliflər onu "yeməyə" çalışırlar".

 

 Ərdoğan Hakan Fidanı ifadə verməyə çağıran məhkəməni də tənqid edib: "Məhkəmə qurumu səlahiyyətinə aid olmayan sahəyə girdi. Bu məsələdə özünü haqqı olmayan yerdə gördü. O zaman da inciməsin, bizi qarşısında görəcək. Məhkəmə özünü qanunverici orqandan üstün görə bilməz". N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar