SON XƏBƏRLƏR

İran 15 terrorçunun həbs edildiyini bildirir

2021.10.20, 07:36
İran 15 terrorçunun həbs edildiyini bildirir

Gunaz.tv

GünAz TV: İranın Sistan və Bəluçistan əyalətində sünni alim Mövləvi Mustafa Cəngi Zəhini qətlə yetirmiş terrorçu qruplaşmanın 15 üzvü həbs edilib.

 

Cari ilin yanvar (January) ayında İranın Sistan və Bəlucistan əyalətində yerləşən Rask şəhərinin imam cüməsi Mövləvi Mustafa Cəngi Zəhi qətlə yetirilmişdi. Onun cəsədi Çabahar-Sərbaz şossesində tapılmışdı. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

 

İranın Təhlükəsizlik Nazirliyinin bəyanatına görə, araşdırmalar göstərir ki, qətl ABŞ (Amerika Birləşmiş Ştatları), Britaniya və İsrailin maliyyə dəstəyi ilə vəhhabilərin ölüm fərmanı əsasında və "terrorçu Münafiqlər qruplaşması"nın (Xalq Mücahidləri Təşkilatı) üzvləri tərəfindən həyata keçirilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar