SON XƏBƏRLƏR

Qardaş ölkədə Xocalı qurbanlarının xatirəsinə abidə qoyulacaq

2021.10.20, 07:36
Qardaş ölkədə Xocalı qurbanlarının xatirəsinə abidə qoyulacaq

Gunaz.tv

GünAz TV: Bu barədə MHP-nin Adana şəhərindəki nümayəndəsi Mustafa Xalaçoğlu təklif irəli sürüb.

 

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının Adana şəhərindəki nümayəndəsi Mustafa Xalaçoğlu şəhərdə Ermənistan tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı törədilən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidə ucaldılmasına dair təkliflə çıxış edib.

 

“Gələcək nəsillərin ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayəti unutmamaları üçün Türkiyənin bütün böyük şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr qoyulmalıdır”, – Xalaçoğlu deyib.

 

Adana administrasiyası (yənətimi) tezliklə şəhərin meydanlarından birində abidənin ucaldılması məsələsini nəzərdən keçirir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar