SON XƏBƏRLƏR

Ermənistan İran neftinin idxalını artırır

2021.10.20, 07:36
Ermənistan İran neftinin idxalını artırır

Gunaz.tv

GünAz TV: Ermənistanla müharibə olarsa, işğalçı ölkənin təyyarələri İran yanacağı ilə təhciz olunacaq.

Ötən ilin sonunda İran və Ermənistan prezidentləri energetika layihələrini müzakirə ediblər. Bu barədə, İran Milli Neft Şirkətinin satışı üzrə icraçı direktoru Çəlil Salariyə istinadən, "Mehr" agentliyi xəbər verib. Salari, Ermənistan üçün Gürcüstandan neft məhsullarını almaq iqtisadi baxımdan sərfəli olmadığına görə onları İrandan idxal etməyə başladığını bildirib. İran şirkəti nümayəndəsinin sözlərinə görə, ilk mərhələdə İranın fərdi sektoru (bəxş-i xüsusi) neft məhsullarını avtomobil yolu ilə nəql edəcək, daha sonra isə boru kəməri vasitəsilə. Fevral (February) ayında İran və Ermənistan energetika nazirləri İrandan Ermənistana neft məhsulları ixrac etmək haqqında saziş imzalayıblar. "Mehr" informasiya agentliyinin məlumatına görə, sazişə əsasən, boru kəməri vasitəsilə İran Ermənistana benzin, dizel yanacağı və təyyarə yanacağı nəql edəcək.

   İran Milli Neftayırma və İxracı Şirkətinin icraçı direktoru Əlirza Zeydami deyib ki, artıq bu gün İraqa, Pakistana, Əfqanıstana və Ermənistana neft məhsulları satılır: "Hazırda Ermənistanın neft məhsullarına illik tələbatı təqribən 400 min tondur. Nəzərdə tutulan neft borusu tikildikdən sonra İran tərəfi Ermənistana gündə 1,5 milyon litr benzin və dizel yanacağı ixrac edə biləcək. 2011-ci ildə Ermənistanla İran arasında imzalanmış sazişə əsasən, iki il ərzində İrandan Ermənistana neft məhsulları nəql etmək üçün boru kəməri tikilməlidir.

   Layihə yalnız Ermənistan ərazisində görüləcək işlər üçün təxminən 100 milyon dollar tələb edir. Neft borusu Ermənistana Körfəzdə hasil olunan və Ermənistanın tələblərinə cavab verən keyfiyyətdə daha ucuz neft idxal etməyə imkan verər. Bundan başqa, dəmiryolu ilə müqayisədə, boru kəməri vasitəsilə neft məhsulunun nəql edilməsi daha ucuz başa gələr. Ermənistanla İran arasında imzalanan sazişə əsasən, Ermənistan ərazisində neftayırma zavodunu tikmək də nəzərdə tutulurdu. Neft kəmərinin istismar olunması haqda 25 il müddətə saziş imzalanacağı ehtimal olunurdu. Hələlik layihələrin həyata keçirilməsi ilə bağlı irəliləyiş haqda konkret (müşəxxəs, açıq) məlumat yoxdur". Həftə içi

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar