SON XƏBƏRLƏR

Türk ölkələrinin vahid dərsliyi yaradılacaq

2021.10.20, 07:36
Türk ölkələrinin vahid dərsliyi yaradılacaq

Gunaz.tv

GünAz TV: Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan 2009-cu ildə Naxçıvanda Türkdilli Ölkələrin işgüzar Şurasının yaradılmasına dair saziş imzalayıblar.

Avqust (August) ayında Bişkekdə keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində (zirvə görüş) mədəniyyət və təhsil sahəsində mühüm sazişin bağlanması planlaşdırılır.

Bu barədə jurnalistlərə Şuranın baş katibi Xəlil Akıncı məlumat verib.

Akıncının sözlərinə görə, Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan 2009-cu ildə Naxçıvanda Türkdilli Ölkələrin İşgüzar Şurasının yaradılmasına dair saziş imzalayıblar. Şura ümumilikdə 103 milyon nəfər əhalisi və 1,287 trilyon həcmində iqtisadiyyata malik ölkələri birləşdirir. Özbəkistan və Türkmənistanın da təşkilata qatılması ilə Türk Şurasının əhalisi 140 milyona, iqtisadiyyatı isə 1.5 trilyon dollara çatacaq. Bu barədə “Zaman” qəzeti məlumat yayıb.

"Biz vahid əlifbanın yaradılması və Şura iştirakçısı olan ölkələrin dillərinin yaxınlaşması üzrə iş aparmaq niyyətindəyik. Bunların üzərində mütəxəssislər çalışır", - o deyib.

XIIIəsrə qədər bir-birilərini yaxşı anlayan türklər arasında dil və əlifba birliyini qurmaq üçün səy göstərdiklərini bildirən Akıncı Azərbaycan, Özbəkistan və Türkmənistanın kiçik fərqlərlə latın əlifbasına keçdiyini, digər ölkələrin də bunu davam etdirəcəyini, ortaq dil məsələsində isə ekspertlər (karşünaslar) tərəfindən işlər görüldüyünü bildirib.

Akıncı onu da qeyd edib ki, tarix və başqa elmlər üzrə bu ölkələr üçün birgə dərsliklərin yaradılması istiqamətində də iş görülür. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar