SON XƏBƏRLƏR

Amerika körfəzə ikinci aviadaşıyan gəmi göndərib

2021.10.20, 07:36
Amerika körfəzə ikinci aviadaşıyan gəmi göndərib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) hərbi komandanlığı (rəhbərliyi) "Enterprise" atom aviadaşıyan (nav) gəmisini körfəzə göndərib.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu barədə Bəhreyndə yerləşən ABŞ 5-ci donanmasının (navqan) rəsmi nümayəndəsi Emi Derrik-Frost məlumat verib. Məlumata görə, "Enterprise" artıq körfəzdədir. "Enterprise" bölgəyə aviadaşıyan zərbə qrupunun tərkibində gəlib. Qrupa Vicksburg kreyseri, Nitze, Porter və James E.Williams eskadra mina gəmiləri daxildir. Bölgədə daha öncədən də bir aviadaşıyan zərbə qrupu var. Bu qrupa Abraham Lincoln aviadaşıyan gəmisi daxildir. Son 10 il ərzində 2 ABŞ aviadaşıyan zərbə qrupu yalnız 4 dəfə eyni vaxtda eyni bölgədə olub.

Derrik-Frostun sözlərinə görə, "Enterprise" və Abraham Lincoln Əfqanıstandakı əməliyyata dəstək verəcək, Somali sahillərində quldurluğa qarşı mübarizədə iştirak edəcək və körfəzdən əsas neft nəqletmə yollarına nəzarəti həyata keçirəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar