SON XƏBƏRLƏR

“Fars” xəbər agentliyindən türklərə qarşı təhqir...

2021.10.20, 07:36
“Fars” xəbər agentliyindən türklərə qarşı təhqir...

Gunaz.tv

GünAz TV: Suriyada gedən hadisələrlə bağlı İranla Türkiyənin fərqli mövqeləri, bir sıra İranlıları hərəkətə gətirib.

 

Hər bir fürsətdə türk millətinə qarşı təhqirlər yağdıran fars şovinizmi yenədə köhnə hava çalmağa başlayıb.

 

Məlumata görə, “Fars” xəbər agentliyi Şücaəddin İbrahimi adından “Yeni Qurğu (toteə)” adlı bir qısa şeir yayıb.

 

Fars dilində yazılmış şeirdə Türkiyə və onun rəhbərləri açıq şəkildə təhqir olunur.

Şeirdə Türkiyənin Suriya siyasəti məhkum edilir və bu bir fitnə və qurğu (toteə) adlandırılır. Rəcəb Tayib Ərdoğan, Abdullah Gül və Əhməd Davudoğlu, Kral (padşah, məlek) Abdullahın təqlidçiləri kimi təqdim edilir.

Şeirin ən təhqiramiz hissəsində Surayanın İraq olmaması vurğulanır və Türkiyənin Suriya siyasəti, uzunqulağın Aslanın quyruğu ilə oynamasına oxşadılır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar