SON XƏBƏRLƏR

Erməni lobbisi hədələyir

2021.10.20, 07:36
Erməni lobbisi hədələyir

Gunaz.tv

GünAz TV: Erməni lobbisi Birləşmiş Ştatlarda və Fransada saxta soyqırım ididalarının qəbul edilməsilə bağlı məkrli planlara əl atıb.

Amerikanın əksər ştatlarında (əyalətlərində) diqqət çəkmək məqsədilə Barak Obamaya ünvanlanmış müraciətlər yerləşdirilib. Uydurma erməni soyqırımının növbət ildönümünə hazırlaşan erməni lobbisi Birləşmiş Ştatlar və Fransada saxta iddianın ən yüksək səviyyədə tanınmasına can atır. Əsas məqsəd ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın uydurma soyqırımı tanımasına və Fransada yeni prezidentin göstərişilə saxta soyqırımla bağlı qanun layihəsinin qəbuluna nail olmaqdır. Lobbi Amerikanın bəzi ştatlarında küçələrdə reklam lövhələrində birbaşa Obamaya müraciət edərək, «Cənab Obama, soyqırımı tanıyın!» şüarı yerləşdirilib.

Erməni icmasının rəhbəri bildirib ki, bu, Obamanın 2008-ci ildə ermənilərə verdiyi vədi xatırlatmaq məqsədilə edilir. Ekspertlər  (karşünaslar) bu çağırışların hər hansı nəticəsinin olacağını inandırıcı saymırlar. Bu, Birləşmiş Ştatlarla Türkiyə arasında siyasi əlaqələrlə izah olunur. Belə ki, rəsmi Vaşinqtonun strateji maraqlarını Ermənistandan üstün tutacağı şübhə doğurmur. Fransa erməniləri isə prezidentliyə namizədləri hədələmək yoluna əl atıb. Belə ki, erməni icmasının adından yayılan bəyanatda bildirilir ki, Fransa erməniləri üçün vahid namizəd anlayışı yoxdur. Məlumat üçün deyək ki, bir müddət əvvəl erməni lobbisi uydurma soyqırımla bağlı qanun qəbul ediləcəyi təqdirdə Sarkoziyə səs verəcəklərini bildirmişdilər. Lakin üzdəniraq qanunun ləğv edilməsi Sarkozini ermənilərin üçün arzuolnumaz şəxsə çevirib. Digər namizədlərin isə bu məsələ ilə bağlı susmağa üstünlük verməsi erməni lobbisinin ümidlərini puça çıxarıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar