SON XƏBƏRLƏR

Suriya rejiminə iki gün vaxt verildi

2021.10.20, 07:36
Suriya rejiminə iki gün vaxt verildi

Gunaz.tv

GünAz TV: Suriya hakimiyyətindən aprelin 10-a qədər döyüş bölgələrindən ağır texnikanın çıxarılması tələb olunsa da ölkədə hələ də silahlı qarşıdurma davam edir.

 

BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası Suriyanı yenidən Kofi Annanın sülh planını yerinə yetirməyə çağırıb. Döyüşlərin dayandırılması üçün son günün aprelin 12-i səhər olduğunu bildirib.

 

 BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyada baş verənlərdən dərin narahatlıqlarını da bildiriblər. Suriya hakimiyyətindən aprelin 10-a qədər döyüş bölgələrindən ağır texnikanın çıxarılması tələb olunsa da ölkədə hələ də silahlı qarşıdurma davam edir. Bashar Assad rejimi Bazar ertəsi plana əməl etmək üçün əlavə şərtlər irəli sürüb.

 

Hüquq müdafiəçilərinin məlumatına görə, aprelin 10-u Suriyada baş verən qanlı toqquşmalarda azı 30 adam ölüb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar