SON XƏBƏRLƏR

Amerika Rusiyanı Suriyaya görə tənqid etdi

2021.10.20, 07:36
Amerika Rusiyanı Suriyaya görə tənqid etdi

Gunaz.tv

GünAz TV: Klinton Suriyadakı zorakılıq hadisələrinin regional (bölgəsəl) iğtişaşlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) xarici işlər naziri Hillari Klinton Rusiyanın BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında Suriyadakı böhranı aradan qaldırmağa istiqamətlənən təşəbbüslərə dəstək verməməsinin Bəşər Əsədin hələ də iqtidarda qalmasıyla nəticələndiyini deyib.

 

GünAz TV mətbuat mərkəzinin “Ann.az”a istinadən yaydığı məlumata görə, Klinton çərşənbə günü Vaşinqtonda keçiriləcək “G-8″ xarici işlər nazirlərinin görüşündə Rusiyanın BMT Təhlükəsizlik Şurasının təşəbbüslərinə dəstək verməyə inandırmağa çalışacağını deyib.

 

Klinton Suriyadakı zorakılıq hadisələrinin regional (bölgəsəl) iğtişaşlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib: “Rusiyanın Suriyadakı zorakılığı dayandırmaq təşəbbüslərimizə dəstək verməməsi, Əsəd rejiminin hakimiyyətdə qalmasına, öz xalqının, bölgənin və bütün dünyanın tələblərinə göz yummasına səbəb olur”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar