SON XƏBƏRLƏR

Ərdoğan Suriya hökumətini hədələdi: “Əsəd bizi Suriyaya girməyə məcbur etməsin”

2021.10.20, 07:36
Ərdoğan Suriya hökumətini hədələdi: “Əsəd bizi Suriyaya girməyə məcbur etməsin”

Gunaz.tv

GünAz TV: Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya hakimiyyətinə qarşı növbəti dəfə sərt açıqlamalarla çıxış edib.

 

Baş nazir çıxışı zamanı qeyd edib ki, başqa ölkələr sərhədlərində baş verən hadisələrə necə münasibət bəsləyirsə, Türkiyə də onu edəcək. Bu barədə Lent.az Türkiyənin “Haber” agentliyinə istinadən məlumat yayıb.

 

“Əsəd bizi ora girməyə məcbur etməsin” - deyə, Ərdoğan vurğulayıb. Baş nazir onu da bildirib ki, indiyə qədər 25 min suriyalı Türkiyədə sığınacaqla təmin edilib: “Biz suriyalılara qapılarımızı bağlamayacağıq. Türkiyə dövləti Suriya köçkünləri üçün indiyə qədər 150 milyon dollar vəsait (büdcə) xərcləyib”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar