SON XƏBƏRLƏR

ƏHMƏDNECAD, ÖLKƏSİNİN ÜÇ İLLİK VALYUTA EHTİYATI OLDUĞUNU İDDİA EDİR

2021.10.20, 07:36
ƏHMƏDNECAD, ÖLKƏSİNİN ÜÇ İLLİK VALYUTA EHTİYATI OLDUĞUNU İDDİA EDİR

Gunaz.tv

ƏHMƏDNECAD, ÖLKƏSİNİN ÜÇ İLLİK VALYUTA EHTİYATI OLDUĞUNU İDDİA EDİR

 GünazTV: Əhmədnecad: ''Neft ixrac etmədən belə ölkəni idarə edə biləcək vəziyyətdəyik.

''Dövlət televiziyasının xəbərlər proqramına istinadən, İranın dövlət başçısı Əhmədnecad  yurd səfərləri zamanı xalq qarşısında çıxışında ölkəsinə yönələn sanksiyaların təsirsiz qalacağını bildirdi.

Əhmədnecad : ''Onlar, neftimizə embarqo tətbiq etmək istəyirlər. Ancaq onlara söyləməliyəm ki, üç il tək bir vedrə belə neft satmadan ölkəni yaxşı idarə edəcək qədər valyuta ehtiyatımız var''- deyə xalqa məlumat verib.

Zülm və zorakılığa qarşı mübarizə edəcəklərini və hər sahədəki haqlarını qoruyacaqlarını ifadə edən Əhmədnecad bunu da əlavə edib ki, düşmənlərin bütün sui-qəsdlərini boşa çıxaracaq.

Avropa birliyi ölkələri 1 İyuldan etibarən İrandan xam neft alışını qadağan etmə qərarı almışdı.Avropa birliyinin, qərarını nəzərdən keçirməsini istəyən, ancaq bir nəticə ala bilməyən İran, İngiltərə, Fransa və Yunanıstana olan xam neft ixracatını dayandırmışdı.

Cəmi xam neft ixracatının  18%-ni, Avropa birliyi ölkələrinə satan İran, neft nəqlinin  başqa ölkələrlə bağlanılacağını bildirmişdi.

S. B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar