SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Mustafa Əvəzpur tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Mustafa Əvəzpur tutuqlanıb

Gunaz.tv

GünAz TV: Ötən gün Təbrizdə Azərbaycanlı milli-mədəni fəal Mustafa Əvəzpur öz iş yerində yaxalanıb.

 

O, islam inqilabı keşikçilər korpusu (SEPAH) məmurları tərəfindən tutuqlanıb və SEPAHın ETTELAAT bölümünə aparılıb.

 

Əvəzpur bir neçə gün öncə şəhər prokurorunun (dadistan) müavini tərəfindən SEPAHın ETTELAAT bölümünə çağırılmışdır.

 

Onun tutuqlanma səbəbi, atasının (mərhum Sadiq Əvəzpur) yas mərasimi ilə bağlı yayılan Bildirişlərin türk dilində yazdırılmasıdır.

 

Xatırladaq ki, Mustafa Əvəzpur bundan öncə də dəfələrlə İran rejiminin təzyiqlərinə məruz qalıb və tutuqlanıb. O, tanınmış azərbaycanlı fəallardan biridir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar