SON XƏBƏRLƏR

Azərbaycanlı fəallar Murtaza Əvəzpur və Həsən Rəncbər azadlığa buraxılıblar

2021.10.20, 07:36
Azərbaycanlı fəallar Murtaza Əvəzpur və Həsən Rəncbər azadlığa buraxılıblar

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Murtaza Əvəzpur və Həsən Rəncbər mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

 

Hər biri 20 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılan fəallar, Murtaza Əvəzpurun atası mərhum Sadiq Əvəzpurun yas mərasimi ilə bağlı türk dilində yazılmış Bildirişləri yayarkən Təbrizdə tutuqlanmışdılar. Onlar, ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 7 gün işgəncələr altında saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

 

Məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəalların tutuqlanma səbəbi ilə onlara qarşı irəli sürülən ittihamlar arasında heç bir məntiqi əlaqə yoxdur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar