SON XƏBƏRLƏR

Sülh planına görə bu gün Suriyada atəşkəs günü olmalıdır

2021.10.20, 07:36
Sülh planına görə bu gün Suriyada atəşkəs günü olmalıdır

Gunaz.tv

GünAz TV: Suriyada insan haqları fəalları və müxalifət tərəfdarları BMT (Birləşmiş Millətlər Təşkilatı) və Ərəb Ölkələri Birliyinin xüsusi səfiri Kofi Annanın sülh planının təhlükə altında olduğunu və onun reallaşmayacağına əmin olduqlarını bəyan edirlər.

 

Belə ki, atəşkəs üçün təyin olunmuş vaxt bu gün olsa da, atəşkəsə saatlar qalmış zoraklığın heç səngimədiyi xəbər verilir. Təkcə dünən Suriya hökumət qüvvələri ilə müxalifət tərəfdarı olan üsyançılar arasında davam edən döyüşlərdə azı 100 nəfərin öldüyü bildirilir. Onların əksəriyyəti Hama şəhərinin sakinləridir.

 

Qeyd edək ki, Kofi Annanın sülh planına əsasən, Suriya prezidenti Bəşər Əsəd qoşunları şəhərlərdən geri çəkməli və bundan 48 saat sonra üsyançılarla davamlı atəşkəsə nail olmalı və müxalifətlə dialoqa başlamalıdır. Döyüşlər tam olaraq aprelin 12-də yerli vaxtla səhər saat 6-da dayandırılmalıdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar