SON XƏBƏRLƏR

Suriyada qırğın davam edir: Daha 100 ölü!

2021.10.20, 07:36
Suriyada qırğın davam edir: Daha 100 ölü!

Gunaz.tv

GünAz TV: Suriyada hökumət qüvvələrilə nümayişçilər arasında qanlı toqquşmalar nəinki səngimir, əksinə, daha da şiddətlənir.

 

Tərəflər arasında son sutkada (24 saat) baş vermiş növbəti toqquşmalarda ən azı 100 nəfər həlak olub. Hüquq müdafiəçilərinin sözlərinə görə, Bəşər Əsədin ordusu nümayişçiləri helikopterlərdən atəşə tutub. Ən çox tələfat Həma şəhərində qeydə alınıb. Bu barədə BBC xəbər yayıb.

 

Qeyd edək ki, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Suriya böhranı ilə üzrə xüsusi nümayəndəsi Kofi Annanın planına əsasən, bu gün, aprelin 10-da, Suriyada atəşkəs elan edilməlidir. Buna rəsmi Dəməşq də öz razılığını verib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar