SON XƏBƏRLƏR

Əli Əkbər Salehi: "Tehran heç bir şərti qəbul etməyəcək"

2021.10.20, 07:36
Əli Əkbər Salehi: "Tehran heç bir şərti qəbul etməyəcək"

Gunaz.tv

GünAz TV: “ İran “altılıq” ölkələri ilə keçiriləcək müzakirələrdə ön şərt qəbul etməyəcək və belə bir addım tamamən mənasız olacaq”.

Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

O bildirib ki, Qərb mediasında “altılıq” ölkələri (Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya) tərəfindən İrana qarşı şərt irəli sürüləcəyi haqqında xəbərlər yayılıb: “ Lakin bu deyilənlər yalnız medianın gündəmindədir. İran qarşı tərəfdən irəli sürüləcək heç bir şərti qəbul etməyəcək. Bu “altılıq” ölkələri üçün də keçərlidir”. Ə.Ə. Salehi əlavə edib ki, İran mediada çıxan şayiə məzmunlu xəbərlərə əhəmiyyət vermədən, güclü bir şəkildə İstanbulda keçiriləcək müzakirədə iştirak edəcək: “İran öz mövqeyini çox güclü bir şəkildə gündəmə gətirəcək”.

 Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında müzakirələrin birinci turunun Türkiyənin İstanbul şəhərində, ikinci turunun isə İraqın paytaxtı Bağdadda keçirilməsi razılaşdırılıb. Radio antenn

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar