SON XƏBƏRLƏR

İranda London Olimpiadasının saytı qapadıldı

2021.10.20, 07:36
İranda London Olimpiadasının saytı qapadıldı

Gunaz.tv

GünAz TV: İranda internet istifadəçiləri 2012-ci il Olimpiadasının rəsmi saytına daxil ola bilmirlər.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, bunu internet istifadəçiləri mikrobloqlarında yazırlar.

 İranın xarici işlər naziri BBC-yə açıqlamasında saytın bağlanmasının səbəblərini şərh edə bilməyib. Məlumata görə, İranda internet saytlarına girişin məhdudlaşdırılması ilə bir neçə təşkilat məşğul olur. Bu baxımdan, Olimpiadanın saytının bağlanmasının səbəblərini aydınlaşdırmaq mümkün olmayıb.

 Bu il martın (March) əvvəllərində İran London Olimpiadasının boykotunun mümkünlüyünü bəyan edib. Bu, 2012-ci il Olimpiadasının loqotipi (arm) ilə bağlıdır. Tehran hesab edir ki, loqotipdə “Zion” sözü altında əslində Qüdsün adı - Sion yazılıb. İranın Milli Olimpiya Komitəsinin rəhbəri Bəhram Əfşarzadə loqotipi “irqçi” adlandırıb. Lakin Beynəlxalq Olimpiya Komitəsi İran tərəfinin ittihamlarını rədd edib və bildirib ki, loqotip yalnız 2012-ci ilə əks etdirir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar