SON XƏBƏRLƏR

Xarici işlər naziri müzakirələrin İstanbulda keçiriləcəyini təsdiqlədi

2021.10.20, 07:36
Xarici işlər naziri müzakirələrin İstanbulda keçiriləcəyini təsdiqlədi

Gunaz.tv

GünAz TV: İranla 5+1 ölkələri arasındakı müzakirələr aprelin 14-də olacaq.

Xarici işlər naziri Əhməd Davudoğlu İranla 5+1 ölkələri (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üzvləri və Almaniya) arasındakı müzakirələrin İstanbulda keçiriləcəyini təsdiqləyib.

 Davudoğlu bildirib ki, nüvə müzakirələri aprelin 14-də İstanbulda keçiriləcək.

 Qeyd edək ki, Tehran daha öncə müzakirələrin İstanbulda keçirilməyəcəyini açıqlamış, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan buna sərt reaksiya (əksüləməl) vermişdi. Daha sonra isə İran yenidən mövqe dəyişdirərək müzakirələrin İstanbulda keçiriləcəyini açıqlamış, ancaq Ərdoğan bu açıqlamaların hələ təsdiqlənmədiyini bildirmişdi. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar