SON XƏBƏRLƏR

İran şərtlərini açıqladı

2021.10.20, 07:36
İran şərtlərini açıqladı

Gunaz.tv

İran şərtlərini açıqladı

GünazTV:İran nüvə proqrammı ilə bağlı bu həftə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyanın iştirakı ilə keçiriləcək danışıqlardan əvvəl şərtlərini açıqlayıb.

İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Fereydun Abbasi Davani deyib ki, əgər danışıqlar zamanı Tehrandan Fordda yer altında yerləşən uran zənginləşdirmə zavodunun bağlanması və uranın zənginləşdirilməsinin dayandırılması tələb olunarsa, bu məsəldə güzəştə getməyəcəklər. Fereydun Abbasi Davani Qərbə danışıqlar zamanı irrasional deyil, rasional təkliflər irəli sürməyə çağırıb. Qeyd edək ki, “New York Times” yüksək rütbəli amerikalı diplomata istinadən yazıb ki, Vaşinqtonun əsas tələbi İranın uranın zənginləşdirilməsini dayandırması və Forddakı uran zənginləşdirmə zavodunu bağlamasıdır və danışıqlarda da bu tələblər irəli sürüləcək. Bu arada İran Məclisinin tanınmış deputatı Qolamreza Meşahi Moqadam gözlənilməz bəyanat verib.

Qolamreza Meşahi Moqadam İranın atom bombası istehsal etmək üçün yetərli bilik və elmi potensialının olduğunu, ancaq İranın heç vaxt bunu etməyəcəyini söyləyib.

O deyib ki, İran asanlıqla atom bombasının yaradılması üçün istifadə edilən yüksək dərəcədə zənginləşdirilmiş uran istehsal edə bilər: “Ancaq Tehran bu yolla getməyəcək”.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar