SON XƏBƏRLƏR

Çindən Suriyaya Çağırış

2021.10.20, 07:36
Çindən Suriyaya Çağırış

Gunaz.tv

Çindən Suriyaya Çağırış

GünazTV: Çin, Əsəd hökuməti və müxalifləri atəşkəsə uyğun gəlməyə çağırdı.Müxaliflər:  qarşıdurmaların dayanmadığını,suriyə ordusunun son hücumları nəticəsində 59 nəfərin  can verdiyini bildirir.

Rusiya, siyasi bir həll təmin edilməsi üçün Şam rəhbərliyiylə müzakirələrin aralıqsız sürdüyünü açıqladı.Çin də, həm Beşşar Əsədə həm də müxaliflərə "Annanın atəşkəs planına uyun" çağırışını təkrarladı.

Ərəb Birliyi və Birləşmiş Millətlərin Suriya Xüsusi Nümayəndəsi Kofu Annanın planına görə, sabah etibarilə ordunun bütün şəhərlər və qəsəbələrdən çəkilməsi lazımdır. 

12 Aprel səhər saat 6da başlayacaq atəşkəs sonrasında insani köməklərin sürətlənməsi və böhrana siyasi həll axtarılması planlanır.

Birləşmiş Millətlər məlumatlarına görə, Suriyadakı şiddət hadisələrində 10 mindən çox insan həyatını itirdi və 42 min nəfərə yaxın insanda qonşu ölkələrə sığındı.Annanın sabah Türkiyədəki Suriyalı mühacirlərin düşərgəsini ziyarət etməsi gözlənilir.

S. B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar