SON XƏBƏRLƏR

İranda azərbaycanlı nüvə aliminin meyiti tapılıb

2021.10.20, 07:36
İranda azərbaycanlı nüvə aliminin meyiti tapılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı nüvə alimi Vəhid Ramazaninin ölüm xəbəri yayılıb.

Nüvə fizikası sahəsində çalışan 26 yaşlı Vəhid Ramazaninin meyiti aprelin 6-da yaşadığı mənzildə tapılıb. Tibbi ekspertiza (tibbi azmayiş, müayinə) gənc alimin qətlə yetirildiyi rəyi verib. İran Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Əbülfəzl Zöhrəvənd isə jurnalistlərə açıqlamasında Vəhid Ramazaninin intihar etdiyinin ehtimal olunduğunu bildirib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Vəhid Ramazaninin son vaxtlar İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığa başladığı vurğulanır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar