SON XƏBƏRLƏR

Baxçalı Fransada qondarma “soyqırımını” inkar etdi

2021.10.20, 07:36
Baxçalı Fransada qondarma “soyqırımını” inkar etdi

Gunaz.tv

GünAz TV: Türkiyə Milliyyətçi Hərəkat Partiytasının (MHP) sədri Dövlət Baxçalı Fransada qondarma erməni “soyqırımını” inkar edib.

“Qondarma soyqırımı iddiaları əslsizdir, sayıqlamadır və belə bir şey əsla baş verməyib.

Ankarada nə desəm Fransada da eyni qərarlılıqla təkrarlayıram”. Türkiyə Milliyyətçi Hərəkat Partiytasının (MHP) sədri Dövlət Baxçalı Fransada qondarma erməni “soyqırımını” bu sözlərlə inkar edib.

 Fransa Demokratik Ülküçü Türk dərnəkləri federasiyasının Metz şəhərində keçirilən 10-cu qurultayında çıxış edən Baxçalı tədbir iştirakçılarına “Sevgili bozqurdlar və asenalar” – deyə müraciət edib.

 Qondarma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsindən danışan MHP sədri bildirdi ki, bu layihə qəbul edilsəydi qondarma “soyqırımını” daha yüksək səslə inkar edəcəkdi.

 “Qondarma erməni “soyqırımının” hər dəfə gündəmə gətirilməsi xoşməramlı addım deyil. Bu etiketi kim alnımıza vurmağa çalışırsa yalan danışır. Mərhəmətin, xoşgörüşün, vicdanın və insafın bürcü olan türk millətini təzyiqlə dalana sıxışdıranlar həqiqəti gizlətməyə cəhd edirlər”.

 Fransada yaşayan erməniləri həqiqətləri görməyə dəvət edən Baxçalı tarixdən ədavət çıxarmanın heç kimə xeyri olmayacağını deyib. “Allahın köməyi ilə qorxacağımız, gizləyəcəyimiz bir şey yoxdur. Tariximizin hər səhifəsi şəfqətin, alicənablığın və insanlıq dəyərlərinin misilsiz nümunələri ilə doludur”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar