SON XƏBƏRLƏR

Rusiyadan alınmış daha iki Mi-35M helikopter Bakıya gətirilib

2021.10.20, 07:36
Rusiyadan alınmış daha iki Mi-35M helikopter Bakıya gətirilib

Gunaz.tv

GünAz TV: Helikopter termal müşahidə, peyk (mahvarə) naviqasiya (navbəri) sistemi ilə təchiz olunub.

Azərbaycanın Rusiyadan satın aldığı Mi-35M tipli helikopterlərinin daha bir partiyası Bakıya gətirilib.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  test uçuşlarını başa vurmuş 2 ədəd helikopter aprelin 6-da “Rosvertol” şirkətinin Rostov-Dondakı zavodundan (karxanə) Bakıya yola salınıb.

 Hazırda sifariş üzrə zavodda digər helikopterlərin yığılması prosesi (sürəc)  davam etdirilir. Azərbaycanın sifarişi üzrə, ilk 4 ədəd Mi-35M helikopter isə 2011-ci il dekabrın 12-də Azərbaycana göndərilib.

 Qeyd edək ki, Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası (təxliyyə), bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri (təsisat) tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ (ənbaştə) döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot (müsəlsəl), 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar