SON XƏBƏRLƏR

“Babək Xürrəmdin” ləqəbli soydaşımız 15 il azadlıqdan məhrum edildi

2021.10.20, 07:36
“Babək Xürrəmdin” ləqəbli soydaşımız 15 il azadlıqdan məhrum edildi

Gunaz.tv

GünAzTv: Babək Xürrəmdin ləqəbi ilə tanınan Veblaqçı Hüseyn Ronəqi Məleki məhkəmə tərəfindən 15 il azadlıqdan məhrum edilib.

 

Hüseyn Ronəqinin anası Züleyxa Musəvi “Rhana” xəbər agentliyinə bildirib ki, “Hüseynin hökmünü sentyabr ayının 26-da (Mehrin 4-ü) elan etməli idilər, ama sonra dedilər ki, Mehrin 11-də elan olunacaq. Mehrin 11-də Hüseyni bizim və vəkilinin xəbəri olmadan məhkəməyə gətirib və onunla görüşmək icazəsi bizə verilmədən hökm barədə ona məlumat veriblər.”

 

Hüseyn Ronəqinin anasının sözlərinə görə, hökm məhkəmənin katibi tərəfindən Hüseynə elan edilib. Hüseynin özü belə məhkəmə hökmünü görməyib, sadəcə ona deyilib ki, barəsində15 il həbs cəzasına dair hökm çıxarılıb.

 

Xatırladaq ki, cənab Ronəqi 2009-cu il dekabr ayının 13-də (1388-ci il Azər ayının 22-i) yaxalanıb və SEPAHın (İran İnqilab Keşikçilər Korpusu) təknəfərlik kameralarına aparılıb. O saxlanıldığı 10 ay müddətində Televizyonda müsahibə verərək etiraf etsin deyə ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar