SON XƏBƏRLƏR

Amerikada ənənəvi Türk Festivalı keçirilib

2021.10.20, 07:36
Amerikada ənənəvi Türk Festivalı keçirilib

Gunaz.tv

GünAzTv: Oktyabrın 3-də Vaşinqtonda ənənəvi Türk Festivalı keçirilib.  Keçirilən 8-ci festivala 15 minə yaxın insan toplaşıb.

 

8-ci festivala toplaşan 15 minə yaxın insan türk və Azərbaycan rəqsləri, musiqisi, mətbəxi, şirniyyatı, sənət nümunələri, turizm sərgiləri və ənənəvi türk qəhvəsindən ləzzət alıblar. 

 

Festival, həm də dünyada ən uzun şiş-kababı hazırlamaqla Ginnesin rekordlar kitabına düşmək cəhdi ilə yadda qalıb. Türk aşpaz Murat Aksu 6 metr uzunluğunda şiş kabab hazırlayıb. 

 

Türkiyənin Vaşinqtondakı səfirliyindən bildiriblər ki, festivala 80 min dollardan çox vəsait xərclənib. 

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Festival Vaşinqtonun mərkəzində guşələrdən birində, Ağ Evdən iki məhəllə aralıda keçirilib. 

 

Qonaqlar arasında uyğur, özbək və digər xalqların təmsilçiləri də olub. Onlar festival çərçivəsində Azərbaycan mədəniyyəti və mətbəxi ilə də tanış olublar. 

 

Azərbaycanlı rəqqaslar İkram Cəlil, Fərganə Kələntərli və “Kardələn” türk rəqs ansamblı tamaşaçılara milli Azərbaycan rəqslərini təqdim ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar