SON XƏBƏRLƏR

Türk dünyasının aşıqları Azərbaycana toplaşır

2021.10.20, 07:36
Türk dünyasının aşıqları Azərbaycana toplaşır

Gunaz.tv

GünAzTv: Azərbaycanda ilk dəfə olaraq oktyabrın 20-dən 28-dək türk xalqları aşıqlarının Beynəlxalq festivalı keçiriləcək.

 

Festivalda Türkiyə, Güney Azərbaycan, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr və Kərkükdən nümayəndələr iştirak edəcəklər. Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bildirib ki, festival öz işinə Bakıda, Heydər Əliyev Sarayında başlayacaq, Gəncədə sona catacaq.Festivalın iştirakçıları, həmçinin Qazaxda, Gürcüstanda, Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində də olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar