İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
Vilayəti körfəz ölkələrini təhdid edib
Yaponiya İrana 10 milyon dollar humanitar yardım ayırdı
Cümə imamı: İranın ABŞ-a qarşı düşmənçiliyi “əbədidir”
Sistan və Bəlucistamda denegi qızdırması yayıldı
Böyük Britaniya polisi İranla əlaqəli milli təhlükəsizlik araşdırması çərçivəsində Londonda evlərdə axtarış aparıb
Qalibafa qarşı bəyanat imzalandı
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
Əfqanıstanda İrana bağlı şəxslər həbs edilib
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
Monteneqro polisi axtarışda olan iranlını həbs etdi
İran polisi iki bəlucu güllələdi
Güneyin təbiət abidəsi 15 ildən sonra yenidən canlandı
İranlı qadınların hüquqlarına görə Melaniya Trampa müraciət edildi
Reuters: Vens və Rubio İran və İsraillə bağlı fərqli mövqe nümayiş etdirirlər
Qrossi: İranda yoxlamaları bərpa etməyə hazırıq
Aparıcı nüvə eksperti İranın müharibədən daha güclü çıxması iddialarını rədd edib
Donald Trampın yaxın çevrəsinin bəzi üzvləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının məqsədlərini genişləndirməməsindən narazı qalıblar
İsrail Ordusu Livanda "Hizbullah"ın döyüşçülərinə zərbələr endirdiyini açıqlayıb
Tramp: ABŞ İranla “güc mövqeyindən” danışıqlar aparır
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib
ABŞ və İran ərəb ölkələrinə zərbələrə görə kompensasiya ödənilməsini müzakirə edəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Tramp üçün Ankara tam hazırlıq vəziyyətinə gətirilir
17 ildən sonra ilk dəfə; Tramp 1400 nəfərlik heyətlə Ankaraya gəlir
İsraildən Tehrana sərt xəbərdarlıq: “Zərbə vuracağıq”
İsrail Livandan çıxmaq üçün şərt qoydu
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Albaniya İran tərəfdarı olan din xadiminin ölkəyə girişini qadağan etdi
Furuğ Əsədpur: Güney Azərbaycanda milli ayrı-seçkilik inkar edilə bilməz (Video)
Hörmüz boğazında yük gəmisinə raket zərbəsi endirildi
Ərəb ölkələri İranın raket proqramına qarşı mövqe ortaya qoydu
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Qeyri-fars qadn fəallar Avropa Parlamentində olublar
İranda pivə və arağın qiyməti kəskin artıb
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
1 ayda İranda edam edilən məhkumların sayı açıqlandı
Kanadanın təhlükəsizlik qurumları İranlı doktorantı milli təhlükəsizlik üçün təhdid hesab edir
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
İranda iraqlı siyasi məhbus öldürülüb
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
GünAzTv: Qardaş ölkələr beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edir, bundan başqa, iki ölkə iqtisadi-ticari sahədə də faydalı əlaqələrə sahibdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ötən həftənin ən mühüm hadisələrindən sayılır. Özbəkistan prezidenti İslam Kərimovun postsovet məkanında ölkəmizi Özbəkistanın strateci tərəfdaşı adlandırması Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün xüsusi çəkiyə sahib olduğunu göstərir. Respublikalarımız bir sıra beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edir, bundan başqa, iki ölkə iqtisadi-ticari sahədə də faydalı əlaqələrə sahibdir. Müşahidəçilərin fikrincə, səfər zamanı imzalanmış sazişlər həmin münasibətlərin xeyli dərinləşməsinə xidmət etməlidir.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Azərbaycanın bu ölkədə səfirliyi 1996-ci ilin avqustundan fəaliyyət göstərir. 1998-ci ilin iyulunda isə Bakıda Özbəkistanın səfirliyi açılıb. 1997-ci ilin iyununda mərhum prezident Heydər Əliyev Özbəkistanda rəsmi səfərdə olub. 1998-ci ilin sentyabrında isə TRASEKA konfransında iştirak etmək üçün İslam Kərimov Azərbaycana gəlib. 2003-cü il martın 23-24-də Prezident İlham Əliyev dövlət səfəri ilə Daşkənddə olub. Hazırda Bakı və Daşkənd bir sıra regional və beynəlxalq problemlərlə bağlı vahid mövqedən çıxış edir. Xüsusən, təhlükəsizlik, beynəlxalq terrorçuluq, ekstremizm, narkotik tranziti, mütəşəkkil transmilli cinayətkarlığa qarşı mübarizə məsələlərində. Siyasi məsələlərdə də ölkələrimiz tərəfdaşdırlar. İqtisadi əməkdaşlıq səviyyəsi ildən-ilə artsa da, hələ ki, iki ölkənin potensialına cavab vermir. Bu məsələdə Azərbaycan-Özbəkistan hökumətlərarası birgə komissiyanın üzərinə böyük məsuliyyət düşür. Özbəkistan respublikamıza maşın və avadanlıq, qida məhsulları, kimyəvi məhsullar, qara və əlvan metallar, enerci daşıyıcıları ixrac edir. Azərbaycanı isə Özbəkistanda avtomobil sənayesi maraqlandırır. Bundan əlavə, Özbəkistana kimya məhsulları ixrac olunur. İki ölkə həmçinin neft-qaz və metallurgiya sənayesi sahəsində də əməkdaşlıq imkanlarına malikdir.
Azərbaycan-Özbəkistan əməkdaşlığının müxtəlif istiqamətləri iki ölkə prezidentinin təkbətək və geniştərkibli görüşlərində də diqqət mərkəzində olub. Özbəkistan prezidenti İslam Kərimov bildirib ki, iki ölkə arasında qədim dostluq münasibətləri mədəniyyət, adət-ənənə və dil oxşarlığına söykənir. Bu da qarşılıqlı əməkdaşlıq üçün geniş perspektivlər açır. Prezident İlham Əliyev də ikitərəfli faydalı əməkdaşlığa nail olmaq və münasibətləri yeni səviyyəyə qaldırmaq üçün bu səfərin əla imkanlar yaratdığını bəyan edib. Daha sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Müzakirələrdə dövlətlərarası münasibətlərin hazırkı səviyyəsi və perspektivləri, iqtisadi əməkdaşlıq, nəqliyyat, kommunikasiya, təhsil, mədəniyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezidentlər bildiriblər ki, iqtisadi-ticarət əlaqələri mövcud imkan və potensiala tam cavab vermir. Məsələn, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 50 milyon dollar təşkil edib. Lakin bu rəqəmi artırmaq üçün şərait var. Həmin məsələ hökumətlərarası komissiyanın diqqət mərkəzində olacaq. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrə dair imzalanmış sənədlər bu sahədə böyük stimul yaradacaq. Dövlət başçıları birgə bəyannaməyə də imza atıblar. Prezidentlərin brifinqində isə Azərbaycanın qazandığı nailiyyətlər yüksək qiymətləndirilib. Özbəkistan prezidenti İslam Kərimov iki ölkə arasındakı münasibətlərə dair aparılan danışıqlardan məmnun qaldığını bildirib.
Azərbaycanla Özbəkistan bütün istiqamətlər üzrə münasibətləri inkişaf etdirmək əzmindədir. Prezident İlham Əliyev Özbəkistanın sürətlə inkişaf etdiyini və sözügedən ölkə ilə bir sıra sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Dövlət başçısı həmçinin qeyd edib ki, dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi vacibdir və tərəflər bu istiqamətdə lazımi addımları ata bilər.
Xatırladaq ki, tərəflər oktyabrın sonunda Daşkənddə Azərbaycan, noyabrın sonunda isə Bakıda Özbəkistan iqtisadiyyatının nailiyyətləri sərgisinin keçirilməsi barədə razılıq da əldə ediblər.
Səfər çərçivəsində Prezident İlham Əliyev Özbəkistanın bir sıra dövlət və ictimai obyektləri, həmçinin görməli yerləri ilə tanış olub. Onlardan biri Özbəkistan senatının binasıdır. Özbəkistan prezidenti İslam Kərimov azərbaycanlı həmkarına milli və müasir üslubları özündə birləşdirən bina haqqında məlumat verərək bildirib ki, senatın 100 üzvü var. Azərbaycan Prezidenti senatorlara yaradılan iş şəraiti ilə maraqlanıb. Dövlət başçısı Daşkəndin mərkəzindəki Müstəqillik meydanı kompleksində də olub, burada ucaldılan “Müstəqillik və humanizm” abidəsini ziyarət edib. 2005-ci ildə İslam Kərimovun təşəbbüsü ilə ucaldılan abidə Özbəkistanın azadlığı, müstəqilliyi və gələcəyinin rəmzi kimi tanınır. Daşkənddəki Forumlar Sarayında isə yüksək səviyyəli dövlət mərasimləri və beynəlxalq tədbirlər keçirilir. Özbəkistanın dövlət başçısı binanın ətrafında Əmir Teymur bağında aparılan abadlıq-quruculuq işləri barədə də azərbaycanlı həmkarına məlumat verib.
Özbəkistanda Azərbaycanla bağlı dəyərlərə həmişə hörmətlə yanaşılır. Bunu indiki səfər çərçivəsində də görmək mümkün oldu. Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhvələrə müvafiq olaraq Daşkənddə Heydər Əliyev prospekti mövcuddur. Prezident İlham Əliyev məhz Heydər Əliyev prospektində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkib. Yeni təmir olunan mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri var. Bundan başqa, mərkəzdə Azərbaycanın musiqi, rəqs və folklor ansamblları fəaliyyət göstərəcək. Burada Azərbaycan məktəbi və kitabxana da yaradılıb. Ölkə başçısı həmçinin Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb. İki il öncə Daşkənddə Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin, Bakıda isə özbək xalqının məşhur nümayəndəsi Əlişir Nəvainin abidələrinin açılışı Azərbaycan və özbək xalqlarının tarixi-mədəni yaxınlığının daha bir nümunəsidir. Son görüş zamanı da dövlət başçıları bildirdilər ki, Ulu Öndərin adını daşıyan yeni mərkəzin açılışı ilə mədəni münasibətlərdə yeni mərhələ başlanır.
“1-ci kanal”ın Analitik Qrupu
İsrailin müdafiə naziri İsmayıl Qaaniyə cavab verib
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib
İran polisi iki bəlucu güllələdi
Reuters: Vens və Rubio İran və İsraillə bağlı fərqli mövqe nümayiş etdirirlər
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur
Keçmiş diplomat: Şimali Koreya İranın tunel texnologiyasına görə 25 milyon dollar alıb
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz
İran xaos və terror ixrac edir - Mark Rutte
Məhbus azərbaycanlı müəllim məhkəmədə iştirakdan imtina etdi
İranlılar Kərbəlada iğtişaş törədiblər
Avropa İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz- Meloni
İran həbsxanasında daha bir məhbus intihar etdi
Etiraz aksiyaları və müharibə ilə bağlı 111 bəluc həbs edilib
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib
Qalibaf Azərbaycanda səfərdədir
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar
Tehranda çörəyin qiyməti 100% bahalaşıb
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi
Tramp İranla müharibə qərarını müdafiə edib
İsrail və Hizbullah arasında atəşkəs?
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır
Paris Tehran müxaliflərinin mitinqinə icazə vermədi
İranda silahlı hücum - Polis zabiti öldürülüb
SEPAH Hörmüz boğazının bağlandığını elan etdi
Guardian: Hörmüz boğazının mərkəzi hissəsi hələ də 80 dəniz minası ilə bağlıdır
İranda İsrailə görə həbs edilənlərin sayı açıqlandı
İranda Dollar yenidən yüksəlişə keçdi
Təbrizdə girov götürmə hadisəsi baş verib
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
İran qəzeti: ABŞ-la memorandum davamlı həll deyil, müharibəni idarəetmə vasitəsidir
Qalibaf və Əraqçi İsveçrəyə yollandılar