SON XƏBƏRLƏR

Oktyabr ayının 3-ü Türk ölkələrinin Əməkdaşlığı Günü elan olunub

2021.10.20, 07:36
Oktyabr ayının 3-ü Türk ölkələrinin Əməkdaşlığı Günü elan olunub

Gunaz.tv

GünAzTv: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 3 oktyabr tarixini Türk Dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü kimi qeyd olunması barədə məlumat yayıb.

Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 20 illiyinin 2011-ci ildə təntənəli şəkildə qeyd olunması da qərara alınıb.

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 3 oktyabr tarixini Türk Dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü kimi qeyd olunması barədə məlumat yayıb. Türkiyə XİN-in verdiyi məlumatda bildirilir ki, bununla bağlı qərar sentyabrın 16-da İstanbulda Türk ölkələri dövlət başçılarının sammitində qəbul edilib. Oktyabrın 3-nün Türk Dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü kimi qeyd olunması isə 2009-cu ilin bu tarixində Naxçıvanda Türk Ölkələrinin Əməkdaşlıq Şurasının qurulmasına dair qərarın imzalanması ilə bağlıdır.

“Gələn ildən etibarən Zirvə toplantıları Türk Əməkdaşlıq Şurası Zirvələri adı ilə davam etdiriləcək. Zirvələrin davamının bu yeni formatda ilk toplantısı 2011-ci ildə Qazaxıstanda, ikinci toplantısı isə 2012-ci ildə Qırğızıstanda düzənlənəcək», - deyə Türkiyə XİN-in məlumatında bildirilib.

Nazirliyin yaydığı məlumatda, həmçinin qeyd edilib ki, İstanbul Sammitində Şuraya üzv olan Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 20 illiyinin 2011-ci ildə təntənəli şəkildə qeyd olunması da qərara alınıb. O cümlədən, bu çərçivədə Türk Dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü qarşıdakı illərdə təntənəli şəkildə qeyd olunacaq. “Fəaliyyətlərin beynəlxalq əlaqələr, elm, mədəniyyət, təhsil kimi ictimai həyatın hər sahəsnii əhatə edəcək şəkildə planlaşdırılması, ayrıca ölkələrimiz arasındakı əməkdaşlığı dəstəkləyəcək işlərlə bağlı müsabiqələrin və mükafatların təsis edilməsi nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar