SON XƏBƏRLƏR

Azərbaycandan Rusiyaya ixrac edilən qazın həcmi artırılacaq

2021.10.20, 07:36
Azərbaycandan Rusiyaya ixrac edilən qazın həcmi artırılacaq

Gunaz.tv

GünAzTv: 2011-ci ildə Azərbaycanın Rusiyaya qaz ixracı 2 mlrd kub metr həcminə çatdırılacaq.

2012 ildən ixracın daha da artırılması nəzərdə tutulur.

Bunu qaz nəhəngi Qazprom bildirib.

Sözü gedən sövdələşmə NABUCCO Avropa qaz layihəsinin perspektivini çətinləşdirə bilər.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Gazprom və ARDNŞ arasında müvafiq razılıq Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri çərçivəsində imzalanıb.

Qazpromun bəyanatında deyilir ki, ARDNŞ ilə mövcud müqaviləyə əlavə olaraq imzalanmış sənədə əsasən, 2011-ci ildən başlayaraq Azərbaycan qazının alınan həcmləri ildə 2 mlrd kub metrə dək artırılacaq.

2012-ci ildən isə qaz təchizatı həcminin 2 mlrd kub metrdən artıq olacağı nəzərdə tutulur.

Qazpromun rəhbəri Aleksey Miller qeyd edib ki, Rusiya istiqaməti Azərbaycan qazının nəqli üçün ən etibarlı və təhlükəsiz dəhlizdir.

Azərbaycanla Rusiya arasında qüvvədə olan qaz alqı-satqısı barədə kontrakt 2009-cu ilin Oktyabr ayında imzalanmışdı.

Dekabr ayında Rusiya satılan Azərbaycan qazının həcmi 500 mln kub metrdən 1 mlrd kub metrə dək 2 qat artırılmışdı.

Rusiyaya satılan Azərbaycan qazının həcmlərinin artırılmasına dair imzalanmış sənəd NABUCCO Avropa qaz layihəsini Azərbaycan qazından tamamilə çəhrum edə bilər.

NABUKKO layihəsinə əsasən, Xəzər hövzəsi qazının Türkiyə üzərindən Avropaya nəql edilməsi nəzərdə tutulur. Bu layihəyə 2014-cü ildən başlayaraq start verilməlidir.

NABUCCO layihəsinin məqsədi Avropanın Rusiya qazından asılılıöını azaltmaqdan ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar