SON XƏBƏRLƏR

Amerika ordusunun Baş Qərargah rəisi Türkiyə gəlir

2021.10.20, 07:36
Amerika ordusunun Baş Qərargah rəisi Türkiyə gəlir

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Silahlı Qüvvələri Baş Qərargah rəisi Maykl Mullen bu gün Türkiyəyə səfər edəcək.

 

Mullen AnkaradaTürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İşıq Koşanerlə görüşəcək.

 

ABŞ ordusunun rəhbəri 27 avqustda vəzifəsini təhvil alan İşıq Koşanerin ilk xarici qonağı olacaq.

 

Amerikalı admiral Türkiyədə ABŞ qoşunlarının İraqdan çıxarılmasını, Əfqanıstandakı vəziyyəti və Türkiyədəki ABŞ hərbi bazaları ilə bağlı olan problemləri müzakirə edəcək. Onun səfərinin başqa təfərrüatları məlum deyil.

 

Mullenin Türkiyə müdafiə naziri Vecdi Gönüllə də görüşü planlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar