TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
GünAzTv: Konfederasiya ideyasına dini baxımdan da, siyasi və iqtisadi cəhətdən də yanaşanlar var. Hələ bir müddət əvvəl Batumidə Gürcüstan və Azərbaycan prezidentləri arasında keçirilən görüşdə konfederasiya məsələsi ortaya çıxdı. Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan etdi ki, iki ölkə arasında mövcud əlaqələr bütün mərhələləri və hədləri aşıb. Onun sözlərinə görə, hazırda bütün diqqət iki ölkənin konfederasiya şəklində birləşməni zəruri edir. Saakaşvilinin məlum bəyanatından sonra ölkənin XİN başçısının müavini Nino Kalandadze də bu fikirləri inkişaf etdirərək, artıq bəzi istiqamətlərdə razılaşmaların olduğunu açıqlayıb. «Texniki baxımdan Gürcüstan konfederasiyanın yaradılması üçün Azərbaycana razılıq verib. Bu təşəbbüsün forması diplomatların aparacığı danışıqlarından asılıdır. Yəni, burada bütün yük diplomatik danışıqların üzərinə düşəcək. Konfedarasiya çərçivəsində biz əlaqələrimizin inkişaf planlarını, iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsi məsələlərini müəyyənləşdirə bilərik». Bu açıqlamanın ardından ilk həyacan təbilini çalan Gürcüstanın Sosial-Demokrat Partiyası olub (GSDP). Onlar Kalandadzenin verdiyi bəyanatları kifayət qədər təhlükəli hesab edirlər. GSDP-nin bununla bağlı bəyanatında deyilir: «Kalandadze bəyan edib ki, konfederasiyanın baş tutması üçün texniki məsələləri həllini tapıb. Burada qeyri-müəyyən odur ki, həmin texniki məsələlər nədən ibarətdir. Burada narahatlıq doğuran məqamlar da odur ki, hakimiyyət siyasi məsələləri də həll edib kimi görünür. Amma Gürcüstan hakimiyyəti başa düşmür ki, bu proses baş verərsə, regionda stabillik pozulacaq. Xüsusən də indiki həssas məqamda buna gərək yoxdur. Biz tələb edirik ki, XİN bununla bağlı geniş açıqlama versin və orada bütün detallara aydınlıq gətirsin. Üzümüzü gürcü xalqına tutub deyirik ki, onlar günlərin birində ayılıb görəcəklər ki, başqa bir ölkənin vətəndaşlarıdırlar».Gürcü mətbuatı isə bu barədə fərqli mövqedən çıxış edirlər. Onlar yazırlar ki, hər şey Metyu Brayzanın Azərbaycana səfir göndərilib, göndərilməməsindən asılıdır. Gürcü mətbuatı iddia edir ki, ABŞ Brayzanı Azərbaycan məhz Gürcüstanla konfederasiya yaratmaq üçün səfir yollayır. «Brayza Tiflisə gələrək dəftərxanadan çıxmırdı. Bütün günü Mişanın qulağını doldururdu. Nəticədə, onun ağlı ilə hərəkət edən Saakaşvili avqustda lazım olan dərsini aldı. İndi də onu Bakıya səfir göndərirlər. Brayzaya tək Azərbaycan azlıq edir, ona görə də, Gürcüstanı da konfederasiya şəklində birləşdirməyə çalışır».Gürcüstanın tanınmış ekspertlərindən biri olan Paat Zakareişvili isə düşünür ki, konfederasiya məsələsi blefdən başqa bir şey deyil. «Hal hazırda yeni Konstitutsiya müzakirəyə çıxarılıb və orada da bununla bağlı heç bir müddüa yoxdur. Əgər hakimiyyət konfederasiya məsələsində ciddidirsə, o zaman Azərbaycanla yeni əlaqələr Gürcüstan üçün böyük təhlükələr vəd verir».Politoloq deyir ki, burada bir neçə əsas məsələni diqqətdən qaçırmaq olmaz. «Birincisi, Gürcüstan Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini müdafiə edir. İkincisi isə Cavaxetiya məsələsidir. Əgər Gürcüstan Azərbaycanla konfederasiya yaradarsa, Ermənistan şübhəsiz Cavaxetiyada yaşayan ermənilər arasında separatçılıq meyillərini artırmağa başlayacaq. Daha doğrusu, bu ermənilərin əlinə yaxşı fürsət verəcək. Bu isə Tiflisə lazım deyil. Üçüncüsü odur ki, konfederasiya orduların da birləşməsini zəruri edəcək. Nəticədə, həmin ordu Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün problemlərini həll etməlidir. Bu isə münaqişəli bölgələrin arxasında dayanan Rusiya ilə üz-üzə gəlmək deməkdir. Həmçinin Bakının Ankara ilə hərbi strategi müttəfiqliyə dair sazişi var. Belə olan təqdirdə, bölgədə ən kiçik risqli addım müharibələrə səbəb ola bilər».Paat Zakareişvili sonununcu olaraq deyir ki, çoxsaylı Azərbaycan diasporu tarixi vətənindən kənara baxmayaraq, yalnız Bakını qəbul edəcək. Onun sözlərinə görə, bu da gürcü cəmiyyətinin inteqrasiyasının üzərindən xətt çəkilməsi deməkdir. «Konfederasiya ideyası əgər ərazi bütövlüyü ilə bağlı problemli məsələsini əhatə edərsə, bu yaxşı nəticələr verə bilər. Yox, ancaq Bakı və Tiflis arasında alyans anlamını daşıyacaqsa onu yaratmağa dəyməz. Ermənistanı isə istənilən halda bu ittifaqa buraxmaq mümkün deyil».Zakareişvili yekunda belə bir fikir də işlədib ki, baş verən bu hadisəyə Türkiyə yetərli qədər dəstək verəcək. Onun sözlərinə görə, Bakı ilə möhkəm əlaqələri olan Ankara Tiflis idə qanadları altına almaqla, bölgədə hakim rolunda çıxış etmək imkanı qazanacaq. Alman politoloq Aleksandr Rar isə məsələyə dini baxımdan yanaşmanın tərəfdarıdır. O deyir ki, Gürcüstanın federativ dövlət olması məsələsi hələ 90-cı illərdə müzakirəyə çıxarılıb. «Gürcüstan həmin vaxt bu təklifi qəbul etmədi. Hal hazırda Cənubi Qafqazda böyük konfederasiya məsələsi yalnız akademik dairələrdə müzakirə olunur. Əsas diqqət yetirilən məqam da birləşdirici və ziddiyyətli cəhətlərdən ibarətdir. İndi təsəvvür edin, bu birliyin bir tərəfi xristian Gürcüstan, digər tərəfi isə müsəlman Azərbaycandır. Belə olan təqdirdə, birləşmə necə mümkün ola biləcək?»Karneqi Mərkəzinin Moskva bürosunun rəsmisi Aleksey Malaşenko bu məsələdə nikbin deyil. O deyir ki, Saakaşvilinin atdığı addım teatrlaşdırılmış estradaya bənzəyir. «Saakaşvilinin sözlərini XİN başçısının müavini də davam etdirdi. İstənilən bir birliyin konkret məqsədi olmalıdır. Tiflis Türkiyənin yardımından istifadə edib, Moskvanı Qafqazdan çıxarmaq istəyir? Orduları birləşdirib Rusiya və Ermənistanı təxribata çəkmək fikrindədir? Rusiya belə oyunlara tez gedə bilər. Amma aydın görünən budur ki, Tiflis hökuməti Rusiyanı qıcıqlandırmaq üçün belə bəyanatlar verməklə məşğuldur. Amma unutmaq olmaz ki, İlham Əliyev dərin düşüncəli siyasətçidir və o, heç vaxt Saakaşvilinin bu oyununa getməyəcək».Azərbaycanlı politoloq Raism Musabəyov isə Gürcüstanın verdiyi konfederasiya bəyanatlarının bir sıra mənfi cəhətlərinin olduğunu dilə gətirir. Ekspert deyir ki, 2008-ci il müharibəsindən sonra dünyanın Tiflisə olan münasibəti fərqli şəkil alıb. Eyni zamanda, yerli iqtisadiyyatın inkişaf məsələlərinə mane ola bilər. « Hansı konfederasiyada yalnız iki münaqişə barədə danışıla bilər ki, ortada Azərbaycanın Qarabağ problemi var. İndiki qloballaşma dövründə konfederasiya məsələsinə ciddi yanaşılacağı inandırıcı görünmür. Mümkündür ki, konfederasiya ideyası yaxın gələcəkdə zibil yeşiyinə atılacaq». Tia.az
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
Həmədanda onlarla tələbə zəhərləndi
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN